“Rahid Əmirquliyevlə əlaqəmiz yoxdu” - “Rieka” rəsmisi

“Rahid Əmirquliyevlə əlaqəmiz yoxdu” -   “Rieka” rəsmisi
14:52 16 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

“Xəzər Lənkəran”dan ayrılacaq Rahid Əmirquliyevin hələ hansı kluba keçəcəyi bəlli olmasa da, ona bir neçə təklif var. Cənubluların kapitanının adı “Qarabağ” və “Qəbələ” ilə yanaşı hallansa da, onunla xarici klubların maraqlandığı da bildirilir.


Əmirquliyevin Xorvatiyanın “Rieka” klubuna keçmə ehtimalı haqqında mətbuatda xəbərlər yer alır. Lakin xorvat klubunun idman direktoru Sreçko Yuriçiç “Qafqazinfo”ya açıqlamasında bunu təkzib edib. O bildirib ki, Rahidlə heç bir əlaqələri yoxdu: “Rahid Əmirquliyevlə heç bir əlaqəmiz yoxdu. Onun “Rieka”ya keçəcəyi də gündəmdə deyil”. 


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR