11 ayda əsas kapitala 14 milyard manatdan çox vəsait yönəldilib

11 ayda əsas kapitala 14 milyard manatdan çox vəsait yönəldilib
14:53 16 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC 
2015-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 14 milyard 438,8 milyon manat məbləğində vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istifadə olunmuş vəsaitin 8 milyard 835,3 milyon manatı və ya 61,2 faizi məhsul istehsalı obyektlərinin, 4 milyard 689,5 milyon manatı (32,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 914,0 milyon manatı (6,3 faizi) isə ümumi sahəsi 1 milyon 634,1 min kvadratmetr olan yaşayış sahəsinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 210,8 milyon manatını və ya 56,9 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 10 milyard 570,4 milyon manatı və ya 73,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR