Sumqayıtda 9 minə yaxın müəllim imtahanlarda iştirak edir

Sumqayıtda 9 minə yaxın müəllim imtahanlarda iştirak edir
14:53 16 Dekabr 2015
361 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 16 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Dekabrın 16-da Sumqayıt şəhərində Abşeron və Qubadlı rayonlarının, Sumqayıt şəhərinin ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, imtahanlar Sumqayıt Olimpiya İdman Kompleksində keçirilir. Doqquz minə yaxın müəllimin iştirak edəcəyi imtahanlarda iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir.
Dekabrın 16-dan 20-dək Sumqayıt şəhərində keçirilən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.
İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanır. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilirlər.
Qeyd edək ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_9_mine_yaxin_muellim_imtahanlarda_istirak_edir-911693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR