Birinci xanım:"Bağışla əzizim"

Birinci xanım:"Bağışla əzizim"
14:56 16 Dekabr 2015
44 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ-ın birinci xanımı Mişel Obama Yeni ildə həyat yoldaşı Barak Obamaya sürpriz edəcəyini deyib.

ANS PRESS-in məlumatına görə, Mişel Obama Yeni ildə həyat yoldaşına alacağı hədiyyənin adını açıqlayıb.

Birinci xanım “məxfi məlumatı” , “National Health System Children” xeyriyyə tədbirində iştirakı zamanı bölüşüb.

“Müxbirlər ona heç nə deməyin. Mən Baraka idmanla məşğul olmaq üçün alət hədiyyə edəcəm. Bu il o qədər də maraqlı hədiyyə olmadı. “Əzizim bağışla!”


Mişel Obama xeyriyyə tədbirində

Tədbirdə olan uşaqlardan biri Mişelə qalstuk hədiyyə etməsini təklif edib. “Daha da çox qalstuk olsun?" Mişel Obama uşağa gülərək cavab verib.

ABŞ-ın birinci xanımı yeni ildə qızları 17 yaşlı Maliya Enn və 14 yaşlı Saşaya nə hədiyyə edəcəyini də açıqlayıb.

“Bu təxminən pul kimi bir şey olacaq. Qızlarım istəmirlər ki, onlara lazım olmayan hədiyyə üçün əziyyət çəkim. Buna görə də onlar pul istədilər".


Obamanın ailəsi

Mişel ev heyvanlarını da unutmayıb. O, Bo və Sanni adlı itlərinə yeni il axşamında oyuncaq və şirniyyat hədiyyə edəcək.

Birinci xanım qeyd edib ki, itlər il ərzində özlərini yaxşı aparıblar. Lakin, Sanni hərdən dəcəllik edərək Ağ evdə təbii ehtiyacını ödəyir. Lakin, Obama bu problemi araşdırıb həll edəcəyini deyib.


Obamanın itləri.

Bir neçə gün əvvəl Mişel Obama rep janrında klipdə çəkilib. Klipdə Barak Obamanın xanımı Mişel “Saturday Night Live” şousunun üzvü komik Cey Faraon ilə mahnı oxuyub.

“Go to College” adlı mahnıda gənclərin təhsil almalarının vacibliyi təbliğ olunub.


Mişel Obama və Cey Faraon - "Go To College"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR