Xəsarət alan neftçilər evə buraxıldı (FOTO)

Xəsarət alan neftçilər evə buraxıldı (FOTO)
15:11 16 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağında qəzada xəsarət alan neftçilərdən beşi bu gün evə buraxılıb

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən neftçilərdən 5 nəfəri bu gün evə buraxılıb.

ANS PRESS-in məlumatına görə, evə buraxılan neftçilər Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayevdir. Onun sözlərinə görə, hazırda xəstəxanada olan 15 neftçinin müalicəsi davam etdirilir.

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib ki, qəzada xilas olunan neftçilərdən biri 1962-ci il təvəllüdlü Bəxtiyar Ələkbərovun vəziyyəti ağır stabil olaraq qalır və müalicəsi stasionarda davam etdirilir.

Neftçi xəstəxanaya dördüncü dərəcəli yanıq xəsarətləri ilə daxil olub, onun bədəninin təqribən 50 faizi yanıb.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.




Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Bir neçə gün əvvəl - dekabrın 7-də itkin düşənlərdən 6 nəfərin cəsədi tapılıb. Onlar platformadan 65-70 kilometr aralıda tapılıb.

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardır:

1 Qasımov İman Şura o. 01.12.1967
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3 Rzaxanov Edik Rivazin o. 15.01.1983
4 Babazadə Tural Fətəli o. 01.09.1993
5 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8 Abdullayev Adil Ələkbər o. 19,02,1953
9 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12 Niyazov Seyfəddin Abil o. 09.02.1968
13 İskəndərov İnqilab Osman o. 29.11.1957
14 Mayborda Oleq Akimoviç 21.11.1971
15 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
16 İbrahimov Xalid Bəşir o. 12.08.1971
17 Həsənov Zaur Vahid o. 24.12.1975
18 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21 Xəlilov Zaur Arif o. 15.09.1975
22 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
23 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Bu zaman budkada buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev, səyyar aqreqatın motorçuları -1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov olub.
Onların da axtarışı davam edir.


Qərargah: Yanğın söndürülmək üzrədir

Sonuncu Platforma (VİDEO)
Günəşli platformasındakı yanğının söndürülməsində ciddi dönüş

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR