SOCAR: Yanan platformada neft sızıntısı yoxdur (FOTO)

SOCAR: Yanan platformada neft sızıntısı yoxdur (FOTO)
15:16 16 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən mütəmadi aparılan monitorinqlər aparılır.

Dövlət Neft Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət birgə işçi qrupu qəza baş vermiş ərazidə xüsusi təchiz edilmiş gəmilər və helikopterlər vasitəsilə müşahidələr aparıb.

“Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələr müşahidə olunmayıb. Eyni zamanda dünya təcrübəsinə uyğun olaraq dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə hadisə yerində həm optik, həm də radar peyk çəkilişlər aparılıb.

Bəzi kütləvi informasiya vasitələrində qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən, “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri işçi qrupun monitorinqinin nəticələrini təsdiq edir.

Xəbər verildiyi kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə müvafiq işçi qrupu qəza baş verdikdən dərhal sonra yaradılmışdır və qrupun həyata keçirdiyi tədbirlər planına uyğun olaraq monitorinqlər mütəmadi olaraq davam etdirilir. Monitorinqlərin nəticələri barədə vaxtaşırı olaraq ictimaiyyətə məlumatlar veriləcək.



Peyk görüntüləri

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. Güclü tufan 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Bir neçə gün əvvəl itkin düşənlərdən 6 nəfərin cəsədi dekabrın 7-də tapılıb.

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardı:

1 Qasımov İman Şura o. 01.12.1967
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3 Rzaxanov Edik Rivazin o. 15.01.1983
4 Babazadə Tural Fətəli o. 01.09.1993
5 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8 Abdullayev Adil Ələkbər o. 19,02,1953
9 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12 Niyazov Seyfəddin Abil o. 09.02.1968
13 İskəndərov İnqilab Osman o. 29.11.1957
14 Mayborda Oleq Akimoviç 21.11.1971
15 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
16 İbrahimov Xalid Bəşir o. 12.08.1971
17 Həsənov Zaur Vahid o. 24.12.1975
18 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21 Xəlilov Zaur Arif o. 15.09.1975
22 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
23 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Bu zaman budkada buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov olub.
Onların da axtarışı davam edir.


Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:
Qərargah: Yanğın söndürülmək üzrədir

Sonuncu Platforma (VİDEO)
Günəşli platformasındakı yanğının söndürülməsində ciddi dönüş
"Günəşli"dəki yanğına desant edildi (YENİLƏNİB)
Kəmaləddin Heydərov və Elçin Quliyev yanan platformaya baxdılar
Nazir yanan platformada (FOTO)
Ölüm platformasından ən son görüntülər (VİDEO)
Dəhşətli yanğından ən son görüntülər (TAM VİDEO)
Bu gündən "Günəşli"də əcnəbi mütəxəssislər işə başlayır
Xəzərdə helikopterlərlə axtarışlar dayandırıldı (YENİLƏNİB - 3, VİDEO)
6 neftçinin meyiti tapıldı (YENİLƏNİB I, VİDEO)
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
Xəstəxanadakı yaralıların siyahısı və diaqnozu (YENİLƏNİB)
Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı
Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB)
Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)
SOCAR prezidenti yanan platformada - özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)
Azərbaycanda matəm elan olundu
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
Xəzərdə itkin düşənlərlə bağlı son açıqlama verildi (YENİLƏNİB - 2)
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Azərbaycanda bəzi telekanallar matəmə riayət etmir
Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)
Xəzərdə baş verən faciə ilə bağlı ANS TV və ANS ÇM proqramını dəyişdi
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi (FOTO)
Xəstəxanaya yerləşdirilən neftçilər haqda son məlumat
#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR