Mobil operatorlar 11 aya 800 milyon gəlir əldə edib - AZƏRBAYCANDA

Mobil operatorlar 11 aya 800 milyon gəlir əldə edib - AZƏRBAYCANDA
15:19 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

 

Bu ilin ötən 11 ayı ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 mlrd. 495,2 mln. manatlıq xidmət göstərib.

 

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 72,7%-i əhali sektoruna aid olub.

 

2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.

 

Xidmətlərdən əldə olunmuş gəlirlərin 53,4%-i və ya 798,6 mln. manatı mobil telefon rabitəsindən yaranıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR