"Nar" yeni rouminq kampaniyasına start verdi

"Nar" yeni rouminq kampaniyasına start verdi
15:32 16 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Səfərdə olan abunəçilər 50%-dək rouminq endirimi qazanacaqlar

Dekabr ayının 15-də "Nar" mobil operatoru öz abunəçiləri üçün rouminq tariflərinə endirim kampaniyasına start verdi. Kampaniya çərçivəsində 1-ci zonaya aid ölkələrdə olan "Nar" istifadəçiləri internetdən 50% endirimlə, 2-ci zonaya daxil olan ölkələrdəki abunəçilər isə 40% endirimlə yararlana biləcəklər. Bundan başqa, hər iki zonaya daxil olan ölkələrdəki "Nar" istifadəçiləri Azərbaycana zəng edərkən 10% endirim fürsətindən də faydalanacaqlar.

15 yanvar 2016-cı il tarixədək davam edəcək biraylıq kampaniya bütün abunəçiləri əhatə edəcək. Rouminqdə olarkən, 50%-dək internet və 10% zəng endirimi fürsətləri qış səfərinə çıxmış "Nar" istifadəçilərinə öz səyahət təəssüratlarını bölüşmək üçün əlavə imkanlar yaradacaq.

Rouminq zonaları və tariflər haqqında ətrafl məlumatı buradan öyrənə bilərsiniz: www.nar.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/390721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR