"Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr" mövzusunda konfrans keçirilib

"Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr" mövzusunda konfrans keçirilib
15:42 16 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakıda "Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr" mövzusunda respublika elmi konfransı keçirilib. "Report" xəbər verir ki, konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, pedoqoji profilli ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, məqsəd Azərbaycanda səriştə əsaslı nəticəyönümlü yeni təhsil sisteminin yaradılması məsələlərini müzakirə etmək, bunun reallaşdırılması üçün konkret təkliflər hazırlamaqdır.
Təhsil nazirinin müavini Firudin Qurbanov da çıxışında təmsil etdiyi qurumun bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb.
Çıxışlardan sonra konfrans mövzu ətrafında müzakirələrlə davam edib.
Qeyd edək ki, konfrans Təhsil Nazirliyinin və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycan-tehsilinde-strateji-hedefler-ve-pedaqoji-elmlerin-qarsisinda-duran-vezifeler-movzusunda

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR