​Türkiyə XİN: "Rusiyanın şərtlərinin qəbul edilməsi mümkün deyil"

​Türkiyə XİN: "Rusiyanın şərtlərinin qəbul edilməsi mümkün deyil"
15:42 16 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ "Sərhəd pozulması baş verməzsə, bir daha təyyarə böhranı yaşanmayacaq".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Xairici İşlər Nazirlyinin sözçüsü Tanju Bilgic Rusiyanın şərtlərinə cavab olaraq, bildirib.
Diplomat qeyd edib ki, Rusiyanın tələb etdiyi təzminatın ödənilməsi mümkün deyil.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov Türkiyənin hava sərhdini pozduğu üçün vurulan döyüş təyyarsinə görə qarşı tərəfin təzminat ödməsini şərt olaraq irəli sürüb. Bir neçə gün öncə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov da oxşar şərtlər irəli sürmüşdü: "Üzr istəmək, məsuliyyət daşıyanların cəzalandırılması və dəyən ziyanın ödənilməsi şərtləri təmin olunmazsa, Türkiyənin heç bir açıqlaması qəbul edilməyəcək".
Xatırladaq ki, noyabrın 24-də Rusiyanın döyüş təyyarəsi Türkiyənin sərhədini pozduğu üçün vurulub. Bundan sonra Moskva Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-xi-n-rusiyanin-sertlerinin-qebul-edilmesi-mumkun-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR