Şarca Əmirliyində keçirilən festivalda azərbaycanlı rəssamların installyasiyaları təqdim edilib

15:53 16 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Şarca Əmirliyinin Şarca İncəsənət Muzeyində İslami İncəsənət Festivalı təşkil olunub. Bu barədə AZƏRTAC-a məlumat Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulluğundan daxil olub.
Festivalda azərbaycanlı rəssamlar Rəşad Ələkbərov “Kölgənin sehri”, Faiq Əhməd “Həyat işığı”, Fərid Rəsulov “Rəng yarat”, Zamir Süleymanov və Aydan Mirzəyeva isə “Nur” installyasiyalarını təqdim ediblər.
Festivalın açılışında Şarcanın Əmiri Şeyx Sultan bin Məhəmməd Əl-Qasimi, Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Açılış mərasimindən sonra baş konsul və azərbaycanlı rəssamlar Şarcanın Əmirinə əsərlər haqqında məlumat veriblər.
Şeyx Sultan bin Məhəmməd Əl-Qasimi azərbaycanlı rəssamların əsərlərindən böyük zövq aldığını bildirib, fəlsəfi düşüncələrin, insan təxəyyülü və hisslərinin bu şəkildə ifadə olunmasını yüksək qiymətləndirib.
Baş konsul azərbaycanlı rəssamlar ilə gələcəkdə onların Dubay Əmirliyində də keçiriləcək festivallarda iştirakı məsələsini müzakirə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sarca_Amirliyinde_kechirilen_festivalda_azerbaycanli_ressamlarin_installyasiyalari_teqdim_edilib-911717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR