Gəncə sakini naməlum şəkildə bıçaqlandı

Gəncə sakini naməlum şəkildə bıçaqlandı
16:01 16 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə bıçaqlanma hadisəsi baş verib. 42 yaşlı kişi naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, hadisə Gəncə Dram Teatrının yaxınlığında qeydə alınıb. Samux rayonunun Kolayır kənd sakini, Muradil Əşrəf oğlu Misirov naməlum şəxs və ya şəxslər tərəfindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Hazırda cərrahiyyə şöbəsinə yerləşdirilib, üzərində əməliyyat aparılır. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Gəncə Şəhər baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Bir müddət əvvəl isə Gəncədə iki gün ərzində ardıcıl olaraq iki bıçaqlanma hadisəsi qeydə alınmışdı. İlk hadisə zamanı şəhər sakini 1992-ci il təvəllüdlü Habil Məhərrəmov tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçalanmış, onu ərazidəki insanların köməyi ilə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırmışdılar.

Növbəti bıçaqlanma isə həmin hadisədən iki gün əvvəl şəhərin Mahrasa bağı, bina 12, evə 23 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Samir Osman oğlu Osmanova qarşı həyata keçirilmişdi. Naməlum şəxslər onu şəhərin Nizami rayonu ərazisində bıçaqlayaraq ərazidən uzaqlaşmışdılar.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR