Kəmaləddin Heydərov: Yanğına davamlı olmayan materiallardan hələ də istifadə olunur

Kəmaləddin Heydərov: Yanğına davamlı olmayan materiallardan hələ də istifadə olunur
16:13 16 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bəzi rayon və şəhər icra hakimiyyətləri təmir-tikinti işləri zamanı yanğına davam gətirməyən materiallardan istifadə edirlər.

Trend-in məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı yanğınsöndürənlər ölümlərini gözləri önünə alaraq çoxlu sayda insanları xilas etdilər: “Təəssüflər olsun ki, yanğında 15 nəfər həyatını itirdi. Təəssüflər olsun ki, nazirliyin müvafiq qurumlarının dəfələrlə rayon və şəhər icra hakimiyyətlərinin başçılarına xəbərdarlıq məktublarına, göstərişlər verməsinə baxmayaraq, bəzi rayon və şəhər icra hakimiyyətləri binaların əsaslı təmirində yanğına davamlı olmayan materiallardan istifadə edib. Biz sonra da gördük ki, icra hakimiyyətləri abadlıq zamanı yanğına davamlı olmayan materiallardan istifadə ediblər. Bu, istintaqda da üzə çıxır”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR