Türkiyə Rusiyaya rədd cavabı verdi

Türkiyə Rusiyaya rədd cavabı verdi
16:17 16 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Rusiyanın münasibətlərin normallaşmasına dair irəli sürdüyü şərtlərə münasibət bildirib.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç açıqlama verib. T.Bilgiç Rusiyanın bir daha belə bir böhran yaşanmayacağına dair təminat verməsi tələbinə cavab olaraq deyib ki, bundan sonra dövlət sərhədi pozulmasa, problem yaranmayacaq: "Türkiyənin təzminat ödəməsi isə heç bir şəkildə mümkün deyil".

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov məlum təyyarə böhranından sonra iki ölkə arasında münasibətlərin normallaşması üçün Rusiyanın iki şərti olduğunu açıqlayıb. Bunlar Türkiyənin belə hadisənin təkrarlanmayacağına dair təminat verməsi və dəyən ziyana görə Rusiyaya təzminat ödəməsi şərtləridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR