BP-nin Azərbaycanda aqrar sektora dəstəyi davam edəcək (FOTO)

BP-nin Azərbaycanda aqrar sektora dəstəyi davam edəcək (FOTO)
16:18 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov BP-nin Azərbaycan, Türkiyə, Gürcüstan üzrə prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi BP şirkətinin dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin keçdiyi ərazilərdə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı üzrə layihələrin müzakirəsi və tələbələrin praktiki təlimlərinin təşkili məqsədilə BP şirkəti tərəfindən müvafiq istixana qurğularının ADAU-ya verilməsinin müzakirəsi olub.

H.Əsədov qonaqları səmimi salamlayaraq bu görüşdən məmnun olduğunu bildirib və “Kənd təsərrüfatı ili” çərçivəsində görülən işlər, o cümlədən kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin artırılması, onun forma və metodlarının təkmilləşdirilməsi, son illərdə aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə ətraflı məlumat verib.

BP şirkətinin Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edən nazir bildirib ki, şirkət ilk dəfə 2002-ci ildə Azərbaycanda aqrar sektorun inkişafına köməklik göstərib və şirkətin layihələri davamlı xarakter daşıyıb. Bundan sonra isə həmin yardımlar şaxələndirilib və toxumçuluq sektorunu, suvarma sistemlərinin təşkili, istixanaların və süd emalı məntəqələrinin tikintisi sahələrini əhatə edib. H.Əsədov bu sahələrin koordinasiya olunmasını məqsədəuyğun hesab edib. Eyni zamanda investisiya qoyulan sahələr, kadr potensialının artırılması, iri laboratoriyaların tikilməsi, aqrar sahə üzrə təhsil potensialının gücləndirilməsi və digər sahələr barədə geniş məlumat verib.

BP-nin Azərbaycan, Türkiyə, Gürcüstan üzrə prezidenti Q.Birrel səmimi qəbula görə təşəkkürünü bildirərək, BP-nin Azərbaycanda 20 ildən artıq fəaliyyət göstərdiyini, neft və qaz sahələri ilə yanaşı, qeyri-neft sektorunda kiçik və orta sahibkarlıq sahələrinə də investisiya yatırdığını bildirib. Gələcəkdə də yeni layihələrin həyata keçirilməsinin mümkünlüyünü bildirib.

Görüşdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti və kənd təsərrüfatı məhsuldarlığı və dayanıqlı təbii ehtiyatların idarə edilməsində, həmçinin yerli və beynəlxalq təşkilatların kənd ərazilərindəki icmaların inkişafına yönəlmiş təşəbbüslərinə BP şirkəti tərəfindən dəstəyin göstərilməsi məsələsinə baxılmasının mümkünlüyü qeyd edilib.

Sonda kənd təsərrüfatı naziri H.Əsədov və BP-nin Azərbaycan, Türkiyə, Gürcüstan üzrə prezidenti Q.Birrel Kənd Təsərrüfatı Nazirliyi və BP şirkəti arasında ikitərəfli əməkdaşlığa dair protokolu imzalayıblar.

H.Əsədov bu protokolun əməkdaşlığa dair hüquqi bazanın yaradılmasına və birgə fəaliyyət istiqamətlərinin daha da gücləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2470335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR