"Dedilər ki, "ATV-yə gedib səni rüsvay edəcəyik" - Xuraman

"Dedilər ki, "ATV-yə gedib səni rüsvay edəcəyik" - Xuraman
16:21 16 Dekabr 2015
134 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Xuraman Əlizadə şantaj olunması ilə bağlı danışıb.
 
Axşam.az-ın məlumatına görə, publika.az-a açıqlama verən Xuraman Əlizadə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib:
 
“Mənim nişan xəbərim yayıldı. Hər şey də elə bundan sonra başladı. Heç nişanlanmamışam da. Sadəcə, münasibətlərimiz getdikcə daha da ciddiləşir. Həyatımda bir insan var. Həmin insan bir dəfə ailəli olub və ayrılıb. Övladı yoxdur. Uğursuz evlilikdən sonra toyların birində məni görüb və bəyənib. Anası və bacısı da mənim xətrimi çox istəyir. Bizim onunla birgə şəkillərimiz sevdiyim bəyin keçmiş qayınanası və yoldaşını qıcıqlandırıb. Əleyhimə işlər görməyə başlayıblar. Yalançı jurnalistə zəng etdirib məni şantaj ediblər. Mən də görüşə tək yox, görüşdüyüm şəxsin bacısı ilə getdim”.
 
Əsəbini gizlətməyən aktrisa hədələndiyini də bildirib:
 
“Sujet efirə gedəndən sonra zəng elədilər ki, biz indi ATV-yə gedib səni rüsvay edəcəyik. Deyəcəyik ki, Xuraman ailə dağıdandır. Anlamırlar ki, mən sevdiyim şəxslə o boşandıqdan xeyli müddət sonra tanış olmuşuq. Dedim, gedin, nə istəyirsiniz edin”.

Qeyd edək ki, aktrisa bu haqda şantaj olunduğunu “10-dan sonra” verilişində deyib:

“Bir gün telefonuma zəng gəldi. Bir xanım mənə qayıtdı ki, “Jurnalistəm, əlimdə sənlə bağlı videolar, səsyazmalar var”. Elə bir sayt adı çəkmişdi ki, tanımırdım. Maşına mindim ki, xanımın olduğu yerə gedim. Avtomobili elə sürdüm ki, az qala qəza keçirəcəkdim. Dostlarımla birlikdə qızla görüşdük. Mənə videolar göstərir, içərisində heç nə yoxdur. Adamlar adı çəkir və deyir "Səni onlarla üzləşdirəcəyik". Axırda bəlli oldu ki, məni şantaj edir, pul istəyir. Yaxınlarımla birlikdə araşdırdıq öyrəndik ki, onun dediyi adda sayt Azərbaycanda heç olmayıb”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR