“Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir

“Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir
16:33 16 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “ Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir ” mövzusunda tədbir keçirilib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov Azərbaycan gənclərinə milli-mənəvi dəyərləri təbliğ etmək işini qarşısına məqsəd qoyan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov qurumun yaranma tarixindən söz açaraq Fondun fəaliyyətinin əsas istiqamətinin maarifləndirmə olduğunu deyib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin əvvəlindən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin qeyd olunduğunu bildirib. İcraçı direktor Bilik Fondunun təşkilatçılığı ilə bu istiqamətdə əhali arasında, müəssisə və təşkilatlarda həyata keçirilən maarifləndirmə, təbliğat xarakterli tədbirlər barədə məlumat verib. Fondun xətti ilə keçirilən tədbirlər haqqında danışan O. Səmədov həm Bakıda, həm də regionlarda görülən işlər, həyata keçirilən layihələrdən bəhs edib. BANM-in tələbələrini Fondun tərkibində könüllülər qrupunda təmsil olunmağa səsləyib. İcraçı direktor Bilik Fondunun Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Kitabi-Dədə Qorqud” və dövlətçilik” mövzusunda məruzə ilə çıxış edib. O, YUNESKO səviyyəsində dastanın öyrənilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, eposun bədii xüsusiyyətlərinə toxunaraq Azərbaycanda yazılı ədəbiyyatın tarixindən də söz açıb. Həm ideya, həm məzmun, həm də bədii təsvir baxımından bu dastanın çox mükəmməl olduğunu söyləyib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kitabi_Dede_Qorqud_bizim_menevi_servetimizdir-911737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR