"Dilimizi daha qəddarcasına korlayanların yaxasından yapışsınlar" - Aparıcılardan etriaz

"Dilimizi daha qəddarcasına korlayanların yaxasından yapışsınlar" - Aparıcılardan etriaz
16:37 16 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Milli Televiziya və Radio Şurasının Dilçilik İnstitutuyla birgə apardığı monitorinqlərin nəticələri çoxlarının ürəyincə olmayıb. 

Axşam.az bir çox aparıcılarımız arasında sorğu edərək, onların məsələ ilə bağlı fikirlərini öyrənib.

Aparıcı Kamilə Babayeva MTRŞ-nın monitorinqdə adının yer almasının onu təəccübləndirdiyini bildirib:

"Həmin yazını dostlarım mənə telefonla atmışdılar. Məqaləni sona qədər oxumamışdım. Sonra dostlar məni ələ salanda, bilmişəm ki, adım siyahıdadır. Adımın orada yer almasına təəccübləndim. Bilmirəm hansı kriteriyalara əsasən yoxlanılır. Məncə, mənim dilimdə qüsur yoxdur. Özümdə bunu hiss etməmişəm. Düşünürəm ki, adım o siyahıya təsadüfən düşüb. Heç oradakıları özümə aid edə bilmirəm".

Müğənnilər Sevil və Sevinc bacıları iradları normal qəbul etdiklərini deyiblər:

"Digər insanların bizə rəy verməsi önəmlidir. Monitorinqdə elə peşəkar aparıcılar var idi ki, adımızın onların arasında olması qürurvericidir. Biz aparıcı yox, müğənniyik. Hələ bu yolu yeni keçirik. Biz öz üzərimizdə çox çalışırıq. Bütün günü verilişlərə baxırıq, kitablar oxuyuruq. Demək, bizi izləyirlər ki, qüsurlarımız da belə görünür. Bunları düzəltməyə çalışırıq. İllərin aparıcılarının olduğu siyahıda bizim olmağımız normaldır".

Aparıcı İlkin Həsəni bütün aparıcıların orada olmasına təəccübləndiyini söyləyib:

"Nəticələrə baxdım. Azərbaycanda elə aparıcı yox idi ki, orada olmasın. Hamının adı çəkildi, qeyd olundu. Qeyd edilməyənlər isə gündəmdə olmayanlardır. Orada dilçilikdən dərs keçənlərin belə adı var idi. Yəqin onlar bu işi daha yaxşı bilirdi".

Aparıcı Kamran Quliyev isə bu monitorinqdə "İctimai" telekanalın əməkdaşlarının yer almasını mənasız hesab etdiyini bildirib:

"Bu iradı bəyənirəm. Monitorinqdə xoşuma gələn yalnız odur ki, nəzarət var. Amma düşünəndə ki, o nəzarət edənlərin əksəriyyəti "c" hərfinə "dz", "ç" hərfinə "ts" deyir, o zaman məni gülmək tutur. Kimə nəzarət etsələr belə, İTV-nin aparıcılarına ehtiyac yoxdur. Çünki biz hər zaman televiziyanın 3 əsas şərti olan - maarifləndirmək, informasiya və əyləncəni işimizdə rəhbər bilirik. Mənim siyahıda adımın hallanmasına səbəb "konsert" əvəzinə "konçert" deməyim olub. Dilimizi daha qəddarcasına korlayanların yaxasından yapışsınlar. Lazım olsa, mən də onlara kömək edərəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR