“Unibank”dan müştərilərə Yeni il hədiyyəsi

“Unibank”dan müştərilərə Yeni il hədiyyəsi
16:38 16 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
“Unibank” Yeni il ərəfəsində Albalı Plus kartı ilə 1300-dən artıq ticarət və xidmət mərkəzində istifadə edən müştərilərə bayram hədiyyəsi olaraq 1 ay daha uzun müddətə ödəmək imkanı yaradır.
Bankdan AZƏRTAC-a bildirilib ki, yanvarın 5-dək Albalı Plus kartı ilə 3 ay və daha uzun müddətə alış-veriş edilərsə “Unibank”dan ödəmə müddəti daha 1 ay hədiyyə olunur.
Albalı Plus kart sahiblərini daha bir neçə Yeni il sürprizi gözləyir.
“Unibank” dəyərli müştərilərinin ehtiyac və arzularını bir məhsulda – sərfəli Albalı Plus kartında birləşdirərək, cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə etmək imkanı təqdim edir. Albalı Plus beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu - güzəşt müddətli kredit xətti, hissə-hissə ödəmə imkanı olan kredit kartı, depozit və debet kartını özündə birləşdirir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://www.facebook.com/albaliplus/?fref=ts, https://twitter.com/unibank) əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unibankdan_musterilere_Yeni_il_hediyyesi-911739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR