Qvardiola: "Son qərarımı verəcəm"

Qvardiola: "Son qərarımı verəcəm"
16:41 16 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

“Bayern Münhen”in baş məşqçisi Xose Qvardioala bu ilin sonuna qədər vacib qərar verməlidir.

ANS PRESS-in məlumatına görə, Almaniya kubokunun oyunundan sonra Qvardiola mətbuat konfransında komanda da qalıb-qalmaması barədə danışıb:
“Bu gecə bu suallara cavab verə bilməyəcəm. Gələn həftə qərarımı verəcəm və bu barədə sizə danışacam”.

Klubun idman direktoru Mattias Zammer Qvardiolanın ilin sonuna qədər qərar verəcəyini təsdiqləyib.



Ötən gün “Bavariya" Almaniya kubokunda ¼ final mərhələsində “Darmşdat” ilə qarşılaşıb. Oyunda yeganə qolu gözəl zərbə ilə ispaniyalı yarımmüdafiəçi Xabi Alonso vurub.


"Bavariya" - "Darmşdat" 1-0

Xose Qvardiola 2013-cü ildə “Bayern Münhen”in baş məşqçisi olub. Komanda ilə 2 dəfə Almaniya çempionu olub. Almaniya kuboku, UEFA-nın super kubokunu və klublar arası Dünya çempionu olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR