"Sumqayıt" azarkeşi təbrik etdi

“Sumqayıt” Futbol Klubunun sadiq azarkeşi Fərhad Bayramovun 19 yaşı tamam olub.

Bu münasibətlə, “Sumqayıt"ın əsas komandası azarkeşilə görüşərək onu təbrik edib. Komandanın baş məşqçisi Samir Abasov üzərində futbolçuların imzası olan topu Fərhada hədiyyə edərək komanda adında ona cansağlığı və işlərində uğurlar arzulayıb.

Fərhad da öz növbəsində bütün komandaya minnətdarlığını bildirib: "Həqiqətən bu mənim üçün gözlənilməz oldu. Ad günüm üçün ən böyük hədiyyələrdən biri idi. Bütün komanda üzvlərinə təşəkkür edirəm, sağolsunlar. Nəticədən asılı olmayaraq, biz daima "Sumqayıt"ı dəstəkləyəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR