Di Kaprio: "Lenin olmaq istəyirəm"

Di Kaprio: "Lenin olmaq istəyirəm"
16:51 16 Dekabr 2015
32 Şou
Ölkə mətbuatı
A- A+

Leonardo Di Kaprio Rusiya vətəndaşlığını almaq və Lenini rolunu oynamaq istəyir.

ANS PRESS-in məlumatına görə, bu barədə aktyor özü jurnalistlərə açıqlamasında bildirib. O, deyib ki, Rusiyanı çox sevir və onun vətəndaşı olmaq arzusundadır. Lakin aktyor nə zaman Rusiya vətəndaşı ola biləcəyi haqqında açıqlama verməyib.

Hələ 2010-cu ildə jurnalistlərlə görüşü zamanı da amerikalı aktyor Vladimir Leninə oxşarlığını qeyd edib: "Çoxu mənə deyir ki, Vladimir Leninə zahirən oxşayıram. Amma bilmirəm nə vaxtsa, mənə onun rolunu oynamağı təklif edərlər, ya yox", - deyə Di Kaprio bildirib.




Aktyor, eyni zamanda, Stalin rolunu oynamağın da arzusunda olduğunu qeyd edib. Leonardo deyib ki, ümumiyyətlə belə görkəmli şəxslər haqqında hələ indiyənədək onun ürəyincə olan ssenari yazılmayıb.

2010-cu ilin noyabr ayında Leonardo Di Kaprio Rusiya prezidenti Vladimir Putin ilə görüşüb. Görüş zamanı aktyor nənəsi və babasının rus olduğunu bildirib. O, qeyd edib ki, dəfələrlə nənəsini Sankt-Peterburqa gətirmək istəsə də, amma bu ona qismət olmayıb.

Görüş zamanı Vladimir Putin aktyordan rus dilini bilib-bilmədiyinidə də soruşub. Cavabında isə Amerikalı aktyor rus dilini bilməsə də, amma Rusiyanı çox sevdiyini vurğulayıb.




Leonardo Di Kaprionun namizədıiyi beş dəfə Oskara irəli sürülsədə o bu mükafata layiq görülməyib. İtalyan-Alman əsilli amerikalı aktyor, 1974-cü il noyabrın 11-də ABŞ-da dünyaya gəlib. Aktyor, "Titanic" (1997) filmi ilə məşhurluq qazanıb. Bundan başqa, o, "The Man in the Iron Mask" (Dəmir maskalı insan), "Gangs of NewYork" (Nyu-Yorkun komandası) və s. kimi filmlərdə şəkilib.


Leonardo Di Kaprio "Titanik" filmində

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR