Əhalinin gəliri 6 faiz artıb - AZƏRBAYCANDA

Əhalinin gəliri 6 faiz artıb - AZƏRBAYCANDA
16:59 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq 36,8 mlrd. manata çatıb. Lent.az-ın xəbərinə görə, bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir. Xəbərə görə, bu dövr ərzində əhalinin hər nəfərinə düşən gəlirlər isə 3 860,5 manat olub.

Hər nəfərə düşən gəlirlərin əvvəlki ilin eyni dövrünə nisbətən artımı 4,4% təşkil edərək ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,7 faiz bəndi üstələyib.

Hesabat dövründə gəlirlərin 75,7%-i son istehlak xərclərinə, 9,5%-i vergilər, sığorta və üzvlük haqlarının, 3%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11,8%-i isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 33,3 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,6% çox olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR