Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək

Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək
17:23 16 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 18-dən 25-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, toplanışa Murad Popov, Əli Sadıxov, Fərid Nəbiyev (hər üçü “Qəbələ”), İsmayıl Babayev, Ricat Qarayev (hər ikisi “Sumqayıt”), Rəvan Qənbərov (AZAL), Məmməd Hüseynov, Ülvi İbrahimov (hər ikisi “Qarabağ”), Rövşən Şahmuradov (“Zirə”), Bahadur Həziyev, Elçin Əsədov, Kamran İbrahimov, Aslan Bədəlzadə, Ərziman Rizvanov, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Murad Mahmudov (“RB Leipzig”, Almaniya), Nadir Qasımov, Süleyman Əhmədov, Ceyhun Muxtarlı (hər üçü “İnter”), Nazim Bağırov (“Bakı”), Aydın Bahari, Ümid Derrah (hər ikisi “Vətən” futbol məktəbi), İbrahim Qədirzadə və Yusif Həsənov (hər ikisi “Xəzər-Lənkəran”) dəvət olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_17_yasadek_futbolchulardan_ibaret_Azerbaycan_yigmasinin_telim_mesq_toplanisi_kechirilecek-911773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR