Azərbaycanlı ailəyə səadət bəxş edən professor Orxan Sezər onu tanıyan hər kəsin sevimlisidir

17:33 16 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 16 dekabr, AZƏRTAC
“Savadlı alim, gözəl insan və qızıl əllər. Söhbət öz işini son dərəcə sevən Türkiyənin məşhur həkimi, professor Orxan Sezərdən gedir. Bütün bu keyfiyyətləri özündə birləşdirən bu insan qəlbimizə yol taparaq, xəstəliyi bizə sözün əsil mənasında unutdurdu. Həyat yoldaşıma bu ilin mart ayında mieloma xəstəliyi diaqnozu qoyuldu. Müayinə üçün Berlindəki “Charite” xəstəxanasına yollandıq. Müayinədən sonra həkimlərin məsləhəti və köməyi ilə biz İstanbulda və Avropanın bir neçə nüfuzlu klinikalarında çalışan professor Orxan bəyin yanına yollandıq...” Bu sözlər Türkiyəli həkimin sayəsində şəfa tapan bir xəstənin həyat yoldaşının bizə ünvanlandığı təşəkkür məktubundandır. Razılığını, təşəkkürünü ifadə etməyə söz tapmağa belə çətinlik çəkən Azərbaycan Dillər Universitetinin alman dili üzrə metodisti İradə Quliyeva da insanlıq borcunu yerinə yetirmək üçün AZƏRTAC-a müraciət edib. İradə Quliyeva məktubunda yazır ki, onların ailəsinə sevinc bəxş edən Orxan bəy öz işinin peşəkarı və vurğunu olmaqla bərabər, təkcə xəstələrinin yox, həm də onu tanıyanların sevimlisidir. Çünki onun üçün insani keyfiyyətlər hər şeydən üstündür. İ.Quliyeva yazır ki, Orxan bəy xəstənin qəlbinə nüfuz edib onun daxilində xəstəliklə mübarizəyə tükənməz bir enerji yaradır.
Bu məktubun izi ilə Orxan Sezeri axtarmaq qərarına gəldik. Telefon danışığımızda xalqımıza tükənməz sevgi bəslədiyini ifadə edən Orxan Sezər hər zaman Azərbaycanı alqışladığını bildirdi. Quliyevlər ailəsindəki qarşılıqlı münasibətlərə heyran olduğunu vurğulayan həkim dedi: “Bu nəcib insanlara xəstəlik yox, ancaq sevinc və təbəssüm yaraşır.”
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_aileye_seadet_bexs_eden_professor_Orxan_Sezer_onu_taniyan_her_kesin_sevimlisidir-911783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR