Bayıl dairəsində tikilən dörd giriş-çıxışlı piyada keçidi gələn ilin birinci yarısında istifadəyə veriləcək

12:27 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 12:24 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı-Ələt yolunun 4-cü kilometrində (Bayıl dairəsi adlanan ərazidə) adlanan ərazidə 4 giriş-çıxışlı piyada keçidi tikilir. Hər tərəfdə ikisi olmaqla, 8 eskalator tikilib. Keçidin uzunluğu 1 000 metr, eni 8 metr və hündürlüyü 4 metr təşkil edir.

 

Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

 

P. Mürsəliyev bildirib ki, üstdə beton işləri tamamlanıb: “Lakin keçidin içəri hissəsində betonlama işləri yanvar ayında yekunlaşacaq. Daha sonra aşınma qatı vurulacaq, asfalt-betonlama işləri yekunlaşıb, bir yolda torpaq işləri gedir”. 

 

Yolda təmir işləri 2015-ci ilin birinci rübündə tam yekunlaşacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR