Abdullah Gül İlham Əliyevə başsağlığı verdi

Abdullah Gül İlham Əliyevə başsağlığı verdi
17:38 16 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi.

Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2470380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR