“Azercell” son bir ildə Azərbaycana 50 milyon manatdan artıq sərmayə yatırıb

“Azercell” son bir ildə Azərbaycana 50 milyon manatdan artıq sərmayə yatırıb
17:48 16 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
“Azercell Telekom” MMC son bir ildə Azərbaycanın telekommunikasiya sektoruna 50 milyon manatdan artıq sərmayə yatırıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə MMC-nin prezidenti Vahid Mürsəliyev məlumat verib. Onun sözlərinə görə ki, bu göstərici şirkətin fəaliyyətdə olduğu müddətdə təxminən 1,7 milyard manat təşkil edir.
““Azercell” qeyri-neft sektorunda ölkənin ən iri vergi ödəyicisi olaraq qalır. Ötən il şirkətimiz dövlət büdcəsinə 112 milyon manat, 18 il ərzində isə 1.11 milyard manat vergi ödəyib. Göstərdiyimiz yüksək keyfiyyətli xidmətin nəticəsi kimi biz Azərbaycanın mobil rabitə bazarının lideri olmaqda davam edirik və 4,5 milyondan artıq abunəçi ilə hazırki bazar payımız 48 faiz təşkil edir”, - deyə V.Mürsəliyev qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR