Putinin sanksiyası Azərbaycanda qiymətləri sala bilər

Putinin sanksiyası Azərbaycanda qiymətləri sala bilər
17:51 16 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda rus turistlərin ölkəyə cəlb edilməsi üçün xüsusi layihə hazırlanıb. Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.

Rusiyanın Türkiyədəki otel biznesinə də təsir edə biləcək ikinci sanksiyalar paketi bir çox ölkələrdə otel qiymətlərinin dəyişməsinə səbəb ola bilər. Lakin bu sanksiyalardan Azərbaycan faydalana bilər. N.Bağırov bildirib ki, ölkədə belə hallar müşahidə olunmayacaq, əksinə hazırda otel qiymətlərinin endirilməsi istiqamətində iş aparılır.

"Biz rusiyalı turistləri Azərbaycana cəlb etmək üçün əlimizdən gələni edirik. Münasibətlər gərginləşənə kimi Avropa ölkələrinə üz tutan və Türkiyəyə gedən turistlərin ölkəmizə gəlmələri üçün Rusiyanın böyük turizm qurumu olan Turizm Operatorlar Birliyi ilə danışıqlıqlar gedir.

Yaxın günlərdə Rusiyada bununla bağlı görüş də keçiriləcək. Bundan başqa, yeni layihə hazırlacaq. Layihədə AZAL-ın da rolu var. Onlar da bizimlə əməkdaşlıq edəcək".

Turizm Assosiasiyasının rəhbəri xüsusi layihədə rus turistlərinin istəklərinin nəzərə alındığını da deyib. Onun sözlərinə görə, rus turistləri əsasən dəniz, isti hava və mətbəx cəlb edirdi. "Bunlar da biz də var. Bu işlərdə Azərbaycan Turizm Nazirliyi də bizə dəstək olur".


Nahid Bağırov - Azərbaycan Turizm Assosiasiyasının rəhbəri

Rusiyanın bu günlərdə Türkiyəyə qarşı yeni sanksiyalar hazırlaması barədə informasiya yayılıb. Məlumata görə, sanksiyalar Türkiyədə otel biznesi, pilotların təhsili, eləcə də ağac emalı sahələrini əhatə edə bilər.
Rusiyada hüquqi şəxslərə Türkiyədən olan konturagentliklərlə müqavilələr imzalamaq da qadağan edilə bilər.

Sanksiyaların icrasına nəzarətin isə Mərkəzi Bankın iştirakı ilə Rusiya Maliyyə Monitorinq idarəsinin üzərinə düşəcək.


Rusiyanın Türkiyəyə tətbiq edəcəyi sanksiyalar

Hazırlanan yeni layihənin ölkəmizə gələn turist axınını artırması həm də qeyri-neft sektorunun ən gəlirli sahəsi olan turizmin daha yaxşı inkişafına yol aça bilər. Bu isə əlavə gəlir deməkdir.



Bu ilin yanvar-iyul ayları üçün Azərbaycan Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ölkəmizə Rusiyadan 310.700, Gürcüstandan 283.400, Türkiyədən 148.200, İrandan 72.800, Ukraynadan 27.200, Böyük Britaniyadan 19.400, Almaniyadan 7.800, ABŞ-dan 6.500 turist gəlib.

Həmçinin oxuyun:
Misir və Türkiyəni ruslara Azərbaycan əvəz edəcək

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR