Şərqşünaslıq İnstitutunda misirli alim və naşirlə görüş olub

Şərqşünaslıq İnstitutunda misirli alim və naşirlə görüş olub
17:53 16 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Qahirə Universitetinin alimi, Misir Mədəniyyət Nazirliyinin Nəşriyyat və redaksiya şöbəsinin rəhbəri Əbdürrəhman əl-Hicazi və Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyava ilə görüşdə Azərbaycan ilə Misir arasında ədəbi, elmi əlaqələrdən söz açılıb, Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində görülən işlər barədə məlumat verilib.
Görüşdə, həmçinin əməkdaşlıq perspektivləri müzakirə edilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serqsunasliq_Institutunda_misirli_alim_ve_nasirle_gorus_olub-911799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR