AGBank filiallarının sayını azaldır

AGBank filiallarının sayını azaldır
17:58 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

AGBank filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır.

Bankdan Trend-ə verilən məlumata görə, optimallaşdırma nisbətən kiçik filialların birləşdirilərək böyük, rahat və konseptual xidmət mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Bu proses biznesin daha effektiv idarə olunması, həmçinin inzibati xərclərin azaldılmasına xidmət edəcək.

Belə ki, optimallaşdırma prosesinə əsasən “İnşaatçılar” və “Azadlıq” filialları “Elmlər” və “Nəsimi” filialları ilə birləşəcək. Qeyd edək ki, filialların bütün öhdəlikləri, sənədləşən bütün müqavilə və razılaşmalar hüquqi gücünü saxlayacaq. Coğrafi baxımdan qonşu olan bu filialların birləşməsi idarə strukturunun təkmilləşdirilməsinə yönəldilib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR