Bakıda avtomobil sıxlığını azaltmaq üçün yeni təkliflər

18:03 16 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Bakıda sərnişin daşımaları sahəsində xidmət keyfiyyətini yüksəltmək, şəhərdə avtomobil sıxlığını və digər nəqliyyat problemlərini aradan qaldırmaq məqsədilə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən bir sıra təkliflər işlənib hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara (Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, “Azəryolservis” ASC və s.) təqdim edilib.

Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin "Feysbuk" səhifəsinə istinadən məlumat verir ki, NİİM tərəfindən irəli sürülən və dekabr ayında icra olunan təkliflər aşağıdakılardır:

1. Həsən bəy Zərdabi ilə Əbdürrəhim bəy Haqverdiyev və Mirəli Seyidov küçələrinin kəsişməsindəki mövcud svetofora, Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinə Mirəli Seyidov küçəsinə sağa dönmə əməliyyatının yerinə yetirilməsi üçün daimi yanan əlavə sağa dönmə bölməsinin quraşdırılması təklifi;

2. Həsən bəy Zərdabi ilə Əsəd Əhmədov küçələrinin kəsişməsindəki svetofora, Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinə Əsəd Əhmədov küçəsinə sağa dönmə əməliyyatının yerinə yetirilməsi üçün əlavə sağa dönmə bölməsinin quraşdırılaraq svetoforun müvafiq fazasında istifadəsi təklifi;

3. Moskva prospekti, FHN-in qarşısında yerləşən yerüstü piyada keçidindən, piyada keçidinin yanında yerləşən avtobus dayanacağına piyadaların istifadəsi üçün yol çəkilməsi təklifi (təklif “Avto FM”-də yayımlanan “Dispetçer” verilişində səsləndirilib və vətəndaşın müraciəti əsasında icra olunub).

4. 3-cü mkr və 7-ci mkr (Binəqədi RPİ-nin qarşısı) dairələrində “Dairəvi hərəkət” nişanlarının qoyulması təklifi. Təklif qismən icra olunub (3-cü mkr dairəsində “Dairəvi hərəkət” yol nişanları quraşdırılıb, 7-ci mkr dairəsində isə hələ quraşdırılmayıb).

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR