Ağstafa Rayon Mərkəzi Xəstəxanasının fizioterapiya və tibbi bərpa şöbəsinin əsaslı təmirdən sonra açılışı olub

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının fizioterapiya və tibbi bərpa şöbəsinin əsaslı təmirdən sonra açılışı olub
18:03 16 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+


Ağstafa, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Ağstafa Rayon Mərkəzi Xəstəxanasının fizioterapiya və tibbi bərpa şöbəsinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq bu münasibətlə ağstafalıları təbrik edib. Qeyd olunub ki, ölkəmizdə bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə də yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən ən yüksək standartlara cavab verən səhiyyə ocaqları, diaqnostika mərkəzləri tikilib istifadəyə verilir. Mövcud səhiyyə obyektlərinin maddi-texniki bazası gücləndirilir, əhalinin müntəzəm olaraq pulsuz tibbi müayinədən keçirilməsi təmin olunur.
Sonra xəstəxananın baş həkimi İlham Mustafayev çıxış edərək əsaslı təmir olunmuş fizioterapiya və tibbi bərpa şöbəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, şöbə müasir avadanlıqlarla təchiz edilib.
Xəstəxananın doğum şöbəsinin müdiri Ayidə Məmmədova və ağsaqqal Mahmud Məmmədov rayon sakinləri adından bu cür qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra tədbir iştirakçıları fizioterapiya və tibbi bərpa şöbəsində yaradılmış şəraitlə yaxından tanış olublar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafa_Rayon_Merkezi_Xestexanasinin_fizioterapiya_ve_tibbi_berpa_sobesinin_esasli_temirden_sonra_achilisi_olub-911805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR