“Azəryol”-“Salo” voleybol oyunu başlayıb

“Azəryol”-“Salo” voleybol oyunu başlayıb
18:18 16 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsinin cavab oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunan görüşdə komandamız Finlandiyanın “Salo” klubunu qəbul edir.
Görüşü türkiyəli Cihat Fırıncıoğlu və ukraynalı Aleksey Skibitskiy idarə edirlər.
Qeyd edək ki, komandalar arasında Finlandiyada keçirilən ilk oyunda Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəmişdi. Təmsilçimiz turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırmışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azeryol_Salo_voleybol_oyunu_baslayib-911815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR