"Kəpəz" "Xəzər Lənkəran"la oyuna itkilərlə çıxacaq

"Kəpəz" "Xəzər Lənkəran"la oyuna itkilərlə çıxacaq
18:27 16 Dekabr 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində Gəncənin "Kəpəz" klubu sabah "Xəzər Lənkəran"la qarşılaşacaq. Son oyunlarda qələbə qazana bilməyən "sarı-göylər" cənub səfərində qələbə qazanaraq heç-heçələr seriyasına son qoymaq niyyətindədir.

Kəpəz TV (Region TV) xəbər verir ki, "Kəpəz" qarşıdakı oyunun hazırlığına dekabrın 13-də başlayıb. Qərb təmsilçisi məşqlərini Bakıda - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçib. Oyun öncəsi gəncəlilərin heyətində zədəlilər var. Ceyhun Cavadov, Şəhriyar Əliyev Budaq Nəsirov zədədən əziyyət çəkir. Cavadovun Lənkəran klubu ilə görüşü buraxacağı dəqiqləşsə də, Əliyevlə Nəsirovun meydanda çıxacağı oyun saatı bəlli olacaq. 

Xatırladaq ki, "Kəpəz" və "Xəzər Lənkəran" arasında bu mövsüm ilk dövrədə Gəncədə baş tutan çempionat görüşündə "sarı-göylər" 1:0 hesabı ilə qalib gəlib. Kubok qarşılaşmasında isə lənkəranlılar eyni hesabla qələbə qazanaraq rəqibi mübarizədən uzaqlaşdırıb. 

Şahin Diniyev -"Kəpəz"in baş məşqçisi: "Mənə elə gəlir ki, tam başqa oyun olacaq. Futbol ciddiliyi sevir. Biz də kubok görüşünü ciddiyə almadıq. O mənada ciddiyə almadıq ki, zədəli və yorğun oyunçularımız var idi. Əsas heyətin 3 üzvünü meydana buraxmamışdıq. İkinci hissədə dəyişiklik etsək də, hesabı xeyrimizə dəyişmək üçün gec oldu. Kubokdan əlimizi üzdükdən sonra bütün diqqətimizi çempionata yönəldəcəyik. Avropa liqasına düşmək üçün çox çalışmalıyıq. Vəziyyətmiz o qədər də yaxşı deyil. Bütün oyunlar bizim üçün axırıncı oyun kimi olacaq".

Tərəflər arasında milli çempionatlarda keçirilən görüşlərin balansında Lənkəran klubunun üstünlüyü var. 13 oyundan 10-da cənub təmsilçisi qalib gəlib. Digər 3 görüşün 1-i heç-heçəylə başa çatıb, 2-də isə "Kəpəz" qələbə qazanıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR