Qazax magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Qazax magistral qaz kəmərləri sahəsində təmir aparılacaq
18:32 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 17-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin ''Gəncə Körpü Tikinti-2'' qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Göygöl rayonunun Qırxılı, Cümşüdlü və Balçılı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR