Komandada gərək birlik olsun. "Karşıyaka"dan böyük hörmətlə ayrılmışam, nəsə deyib kiçiltmək istəmirəm. Ancaq "Kayserispordakı" kimi deyildi. Alacağım 35 mini də istəməyərək klubdan ayrıldım
Milli.Az goal.az-a istinadən xəbər verir ki, qolkiper Kamran Ağayev klubdan ayrılması haqda danışıb.
"Sumqayıt" klubu ilə danışmışam. Samir Əliyevin məşq proqramını pozmadan məşqlərə qoşulacam. Azərbaycan klubları ilə sezon sonuna qədər müqavilə imzalayacam. Müqavilədə xaricdən təklif olarsa, gedəcəyimlə bağlı əlavə bənd də olacaq. Ancaq bu nə "Neftçi"di, nə də "Qarabağ"dı. Çünki bu klublar belə addım atmaq istəməz. Həm də hər 2 klubun qapıçı problemi yoxdu".
Milli.Az