İstanbul Beynəlxalq Maliyyə Mərkəzi Bakıda

18:38 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyədəki xüsusi daşınmaz investisiya layihələri Azərbaycanda "Baku Expo Mərkəzi"ndə ilk dəfə təşkil olunacaq böyük bir sərgidə təqdim olunacaq.

Trend-in məlumatına görə, beynəlxalq sərgi təşkilatı şirkəti olan "Atılım Fuarcılık" "Elan Expo" şirkəti ilə əməkdaşlığı çərçivəsində daşınmaz əmlak sektorunun qabaqcıl şirkətlərini RecExpo-da bir araya gətirərək bir ilkə imza atır. 17-19 dekabr 2015-ci il tarixləri arasında Azərbaycanın sərgi mərkəzi "Baku Expo Mərkəzi"ndə reallaşdırılacaq sərgidə başda Türkiyə olmaqla, Azərbaycan, Gürcüstan, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və Cənubi Afrika kimi bir çox ölkələrdən olan nümayəndələr də iştirak edəcək.

"Ağaoğlu" Şirkətlər Qrupunun nümayəndələri RecExpo-dan öncə mətbuat konfransı keçirdilər. Bildirildi ki, "Ağaoğlu" İstanbul Beynəlxalq Maliyyə Mərkəzi və Bakırköy layihələri ilə RecExpo-da iştirak edəcək. Beynəlxalq tədbirləri Türkiyənin tanıtımı və inkişafı üçün bir fürsət olaraq dəyərləndirən "Ağaoğlu" Şirkətlər Qrupu Körfəz bölgəsindən sonra Qafqaz bölgəsini də yaxından izləməyə başlayıb.

Sektorla bağlı beynəlxalq tədbirlərin əhəmiyyətinə diqqət çəkən "Ağaoğlu" Şirkətlər Qrupunun İcra Heyəti başqanı Öndər Halisdəmir deyib ki, Azərbaycan və Türkiyə daşınmaz əmlaka investisiyalar baxımından ən cəlbedici ölkələrdən biridir: "Qrup olaraq xaricdəki tədbirləri həm ölkəmizin tanıtımı, həm də işləri inkişaf etdirmək baxımından fürsət olaraq görür, buralara ciddi investisiyalar qoyuruq. Qoyduğumuz yatırımların da qarşılığını artıqlaması ilə alırıq. Azərbaycan xarici müştəri portfelimizdə ilk yerlərdə gəlir və daha çox satın alma potensialı olduğunu düşünürük. Bütün xarici sərgi işlərimizdə olduğu kimi, burada da satış hədəflərimizə çatacağımıza əminik".

Nyu York, London, Dubay və Uzaq Şərqdəki maliyyə mərkəzləri araşdırılaraq və ehtiyaclar müəyyənləşdirilərək hazırlanan İstanbul Beynəlxalq Maliyyə Mərkəzində MDDK, SPK, TAO Daşınmaz Əmlak, İŞ GYO kimi mühüm qurumların baş idarələri yerləşəcək.

Bakırköy layihəsi isə 81 faizlik yaşıllıq sahəsi və Bakırköy sahilində yerləşməsi ilə önə çıxır. Layihə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən açıqlanan İstanbulun ən böyük şəhər parkına qonşu olması və nəqliyyat üçün asanlığı ilə diqqət çəkir.

RecExpo-ya informasiya dəstəyi: TREND, Day.Az, Milli.Az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2470418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR