"Qarabağ" Azərbaycan Premyer Liqasındakı ardıcıl ikinci matçında qalib gələ bilməyib

18:42 16 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilmiş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar 7-ci dəqiqədə Amil Yunanov, 53-cü dəqiqədə isə Mikayıl Rəhimovun qolları ilə hesabda önə keçiblər - 2:0. Lakin 57-ci dəqiqədə Riçard Almeyda penalti ilə fərqi azaldıb, 57-ci dəqiqədə isə Dani bərabərlik qolunu vurub.
"Qarabağ" qələbə topuna da imza atmaq istərkən, azlıqda qalıb. 90+1-ci dəqiqədə Raydell Pupon ikinci sarı vərəqənin ardından meydanı tərk etməli olub. Beləliklə, "Qarabağ" ilk dövrədə 0:1 hesabı ilə uduzduğu "Sumqayıt"a yenə qalib gələ bilməyib. Ardıcıl 2 oyunda xal itkisinə rəğmən, "Qarabağ" 37 xalla turnir cədvəlinə başçılıq edir. Xallarını 17-yə çatdıran "Sumqayıt" isə 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, turun ilk matçında "İnter" səfərdə "Rəvan"ı yenib. Hazırda davam edən matçda "Qəbələ" səfərdə "Zirə"ni yenə bilsə, "Qarabağ"la xal fərqini 7-yə endirəcək. Tura dekabrın 17-də keçiriləcək "Xəzər Lənkəran" - "Kəpəz" və "Neftçi" - AZAL matçları ilə yekun vurulacaq.  

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qarabag-azerbaycan-premyer-liqasi-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR