Azərbaycanın ali məktəblərinin Avropa universitetləri ilə əlaqələri genişlənir

Azərbaycanın ali məktəblərinin Avropa universitetləri ilə əlaqələri genişlənir
18:48 16 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Beynəlxalq Erasmus+ informasiya günü” keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov tədbirin əhəmiyyətini qeyd edib, məlumat xarakterli məsələləri diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan uzun illərdir Avropa İttifaqı ilə təhsil islahatları sahəsində əməkdaşlıq edir və bu əməkdaşlıq hər il genişlənir. Ölkəmizin qoşulduğu proqram çərçivəsində Azərbaycanın ali təhsil müəssisələri icra edilən layihələr vasitəsilə Avropa universitetləri ilə öz əlaqələrini genişləndirib və Avropa ali məktəblərinin təcrübələrindən yararlanıb. Ali təhsil müəssisələrimizin əldə etdikləri təcrübəyə əsaslanaraq Tempus proqramını əvəz edən yeni Erasmus+ proqramı çərçivəsində daha fəal iştirak imkanı əldə ediləcək. Proqram çərçivəsində artıq ilk müsabiqədə universitetlərin iştirakı ilə potensial olaraq üç layihə maliyyələşdirilməsi həyata keçirilir. Təhsil Nazirliyi bütün bu layihələrdə universitetlərin fəal iştirakını dəstəkləyir və bunu təqdirəlayiq hesab edir.
S.Gözəlov Təhsil Nazirliyinin ötən ilin sonunda və bu ilin əvvəlində bütün ali təhsil müəssisələrinə ünvanladığı məktubunu xatırladaraq, orada tələb olunan əsas məqamları diqqətə çatdırıb. Bildirilib ki, səmərəli nəticələrin əldə olunması məqsədilə bütün ali təhsil müəssisələri layihələrdə iştirak edərkən iştirak edən qrupları layihənin profilinə, ixtisasına uyğun kadrları seçməli və müəyyənləşdirməlidir.
Avropa İttifaqının nümayəndəsi Toras Plis, Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Karboliskayt və başqaları Erasmus+ proqramının əhəmiyyəti və təcrübələri barədə öz fikirlərini bildiriblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_ali_mekteblerinin_Avropa_universitetleri_ile_elaqeleri_genislenir-911834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR