İnstitutda fəlsəfə fənni üzrə minimum imtahanları keçirilir

İnstitutda fəlsəfə fənni üzrə minimum imtahanları keçirilir
18:48 16 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) fəlsəfə fənni üzrə minimum imtahanları akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək imtahanlarda 129 nəfər iştirak edir.
İmtahanların qəbul edilməsi məqsədilə yaradılmış komissiya imtahanın gedişatı ilə tanış olublar. İmtahanların yüksək səviyyədə təşkil edildiyini bildirən komissiya üzvləri TİM-də quraşdırılan video-müşahidə sisteminin imtahan prosesində şəffaflığın təmin edilməsinə şərait yaratdığını söyləyiblər.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR