Məkkədə kranın aşmasının SƏBƏBKARLARI - 5 nəfər

Məkkədə kranın aşmasının SƏBƏBKARLARI - 5 nəfər
18:52 16 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının Ciddə şəhər Təhqiqat Bürosu və Prokurorluğu Həcc ziyarəti zamanı Məkkənin əl-Haram məscidində qaldırıcı kranın aşması nəticəsində kütləvi insan ölümünə səbəb olan hadisədə təqsirli bilinən 5 nəfəri müəyyənləşdirib.

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şübhəli şəxslərin adları açıqlanmasa da, onların podratçı şirkətin texniki işçiləri, mühəndis və inzibati sahələrdə çalışan əməkdaşları olduğu bildirilir. 

Qeyd edək ki, bu il sentyabrın 11-də Həcc ziyarəti zamanı Məkkədə qaldırıcı kranın aşması nəticəsində 109 nəfər ölüb, 230-dan çox insan xəsarət alıb.

Sentyabrın 24-də, Qurban bayramında isə izdiham nəticəsində 1000-dən çox zəvvar ölüb, minlərlə şəxs xəsarət alıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR