İtkin düşənlərin axtarışı üçün Xəzəryanı ölkələrdən icazə alınıb

İtkin düşənlərin axtarışı üçün Xəzəryanı ölkələrdən icazə alınıb
19:09 16 Dekabr 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

"Fövqəladə Hallar Nazirliyinin aviasiya parkında olan təyyarə və vertolyotlar "Günəşli" yatağında baş verən qəzada itkin düşənlərin axtarışını davam etdirir".

 

Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin bort texniki mayor Etibar Nəzərov deyib.

 

E. Nəzərov bildirib ki, Aviasiya Dəstəsinin rəisinin göstərişinə əsasən, hər gün havanın işıqlı vaxtında 4 vertolyot və bir təyyarə itkin düşmüş neftçiləri axtarır.

 

"Axtarış geniş miqyasda davam etdirilir. Xəzəryanı ölkələrdən də axtarış üçün müvafiq icazə alınıb . Azərbaycan sərhədlərindən kənarda - Xəzərin Türkmənistan, İran, Rusiya və Qazaxıstana aid hissəsində də itkin düşənlərin axtarışı aparılır", - deyə mayor qeyd edib.

 

Qeyd edək ki, dekabrın 4-də "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışına FHN-in, DSX-nın, Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmiləri cəlb olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR