Nəhəng tikinti şirkəti Azərbaycanda

Nəhəng tikinti şirkəti Azərbaycanda
19:11 16 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ağaoğlu Şirkətlər Qrupu Körfəz bölgəsindən sonra Qafqaz ölkələri ilə əməkdaşlığa başlayır.

ANS PRESS-in məlumatına görə, şirkət bu məqsədlə 17-19 dekabr 2015 tarixləri arasında Bakıda keçiriləcək Azərbaycan Daşınmaz Əmlak və İnvestisiya Sərgisi RECEXPO-da iştirak edəcək. Bu məqsədlə şirkət Bakıda mətbuat konfransı keçirdi.

Ağaoğlu Şirkətlər Qrupu İstanbul Beynəlxalq Maliyyə Mərkəzi və Bakırköy layihələriylə Beynəlxalq tədbirləri Türkiyənin tanıtımı ve inkişafı üçün bir fürsət olaraq dəyərləndirir.

Sektorla bağlı beynəlxalq tədbirlərin əhəmiyyətinə diqqət çəkən Ağaoğlu Şirkətlər Qrupu İcra Heyəti Rəhbəri Öndər Halisdəmir: "Qrup olaraq xaricdəki tədbirləri həm ölkəmizin tanıtımı, həm də işləri inkişaf etdirmək baxımından fürsət olaraq görür, buralara ciddi investisiyalar qoyuruq. Qoyduğumuz yatırımların da qarşılığını artıqlamasıyla alırıq. Azərbaycan xarici müştəri portfelimizdə ilk yerlərdə gəlir və daha çox satın alma potensialı olduğunu düşünürük",- deyə bildirdi.


Öndər Halisdəmir - Ağaoğlu Şirkətlər Qrupu İcra Heyəti Rəhbəri


Halisdəmir bildirdi ki, Azərbaycan Daşınmaz Əmlak və İnvestisiya Sərgisi RECEXPO-da İstanbul Beynəlxalq Maliyyə Mərkəzi və Bakırköy layihələri ilə iştirak edirik. “Bütün xarici sərgi işlərimizdə olduğu kimi, burada da satış hədəflərimizə çatacağımıza əminik”.

Nyu York, London, Dubay və Uzaq Şərqdəki maliyyə mərkəzləri araşdırılaraq və ehtiyaclar müəyyənləşdirilərək hazırlanan İstanbul Beynəlxalq Maliyyə Mərkəzində MDDK, SPK, TAO Daşınmaz Əmlak, İŞ GYO kimi mühüm qurumların baş idarələri yerləşəcək.


Jurnalistlər üçün təşkil edilən mətbuat konfransı

Halisdəmir inşa etdikləri binalarda 81 millətin nümayədəsinin yaşadığını bildirdi. Bakırköy layihəsi isə 81 faizlik yaşıllıq sahəsi və Bakırköy sahilində yerləşməsiylə önə çıxır. Layihə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən açıqlanan İstanbulun ən böyük şəhər parkına qonşu olması ve nəqliyyat üçün asanlığıyla diqqət çəkir.

"Fortune" jurnalının məlumatına görə, Ağaoğlu Şirkətlər Qrupu 500 qlobal şirkət içərisində ilk 100 –yə daxil ola bilib. Şirkət 1981–ci ildən fəaliyyət göstərir. Ağaoğlu Şirkətlər Qrupu inşaat, enerji və turizm sektorlarında fəaliyət göstərməktdədir.



Ağaoğlu Şirkətlər Qrupunun inşa etdiyi binalar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR