Azərbaycan Respublikası müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb

Azərbaycan Respublikası müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb
19:13 16 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbula yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üçtərəfli formatda keçiriləcək növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişi nəzərdən keçiriləcək. Həmçinin regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasi_mudafie_nazirinin_Turkiyeye_resmi_seferi_baslayib-911850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR