​Almaniyada qaçqınların qəbulu mərkəzində baş verən partlayışda bir nəfər ölüb

​Almaniyada qaçqınların qəbulu mərkəzində baş verən partlayışda bir nəfər ölüb
19:42 16 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Almaniyanın Harburq şəhərində qaçqınların qəbulu mərkəzində baş verən partlayış nəticəsində bir nəfər həyatını itirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli polis bildirib.
"Şahidlərin sözlərinə görə, bir neçə nəfər yaşayan binada partlayış baş verib. Yanğınsöndürənlər gələnədək binanı alov bürüyüb", - məlumatda vurğulanıb.
Məlumata əsasən, hadisə yerli vaxtla səhər saatlarında baş verib. Partlayış baş verən zaman binada 20 qaçqın olub.
Xəbərdə bildirilib ki, partlayış nəticəsində bir nəfər həyatını itirib, qalanı isə xilas edilib.
Hadisənin başvermə səbəbi araşdırlır. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/almaniyada-qacqinlari-qebul-merkezinde-bas-veren-partlayisda-bir-nefer

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR