Kənd təsərrüfatı naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb

Kənd təsərrüfatı naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
19:48 16 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broek ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə BMT-nin İnkişaf Proqramı çərçivəsində kənd təsərrüfatı sahəsində ilk dəfə olaraq həyata keçirilməsi planlaşdırılan və Şəki, Goranboy, Göyçay rayonlarını əhatə edən “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsi müzakirə olunub. Layihənin məqsədi respublikada mövcud bitkilərin və ənənəvi yerli sortların yabanı əcdadlarının genetik resurslarının genbanklarda saxlanılması, onların öz təbii ərazilərində qorunması və kommersiyayönümlü təsərrüfatlarda istehsalı və istifadəsini təmin etməkdən ibarətdir.
Nazir Heydər Əsədov Antonius Broeki BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_teserrufati_naziri_BMT_nin_olkemizdeki_rezident_elaqelendiricisi_ile_gorusub-911877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR