1 əsr yaşı olan bina yandı - VİDEO - FOTO

1 əsr yaşı olan bina yandı - VİDEO - FOTO
19:52 16 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin inzibati binasında yanğın olub. Alov tikilinin birinci, ikinci mərtəbələrini, eləcə də dam örtüyünü əhatə edib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Zaqatala şəhəri, Nizami küçəsində yerləşən Dövlət İdarəetmə və Texnologiya Kollecinin inzibati binalarının birində, ikimərtəbəli korpusda yanğın baş verib. Hadisə yerinə dərhal FNH-in Zaqatala YMH-nin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində qısa müddət ərzində alov məhdudlaşdırılıb. 

Ümumi sahəsi 1000 kvadratmetr olan 13 otaqdan ibarət binanın birinci mərtəbəsində 15, ikinci mərtəbəsində 25, çardaq hissəsində isə 50 kv.m sahənin yanar konstruksiyaları yanıb. Faktla bağlı Zaqatala YMH-də araşdırma aparılır. 

Qeyd edək ki, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci 2002-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb. Yanğının baş verdiyi bina ötən əsrin əvvəllərində tikilib. 

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/390819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR