Bakıda Qətərin milli bayramı qeyd edilib

20:13 16 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Qətərin milli bayramı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi dekabrın 16-da rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Qətərin Azərbaycandakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. O, Qətərin siyasi, iqtisadi, mədəni sahələrdə mühüm dəyişikliklər dövrünü yaşadığını bildirib.
Səfir Azərbaycan ilə Qətər arasında əlaqələrin inkişaf etdiyini deyib. O qeyd edib ki, Azərbaycan Prezidentinin və Qətərin Əmirinin dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına şərait yaradır. Diplomat ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Gənclər və idman naziri Azad Rəhimov əlamətdar gün münasibətilə Qətər xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında dostluq münasibətlərinin daha sürətlə inkişafına təkan verdiyini deyib.
A.Rəhimov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Qətərin böyük heyətlə təmsil olunacağına inandığını deyib. O, əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcək.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Qeterin_milli_bayrami_qeyd_edilib-911883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR