Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı Nərimanov rayonunda qeyd edilib

Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı Nərimanov rayonunda qeyd edilib
20:18 16 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Nərimanov Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini, rayonun fövqəladə hallar komissiyasının sədri Şahmar İbadov FHN-in kollektivini peşə bayramı münasibətilə təbrik edib, bu qurumun əməkdaşlarına uğurlar arzulayıb.
Ş.İbadov 2005-ci il dekabrın 16-da Prezident İlham Əliyevin ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir il sonra isə hər il dekabrın 16-nın bu qurumun işçilərinin peşə bayramı günü kimi təsis olunması barədə Fərman və Sərəncam imzaladığını xatırladıb. Qeyd edib ki, xidmətdə fərqlənən FHN əməkdaşlarına ali hərbi rütbələrin, fəxri adların verilməsi, onların orden və medallarla təltif edilməsi barədə sərəncamlar Azərbaycan Prezidentinin FHN-in fəaliyyətinə diqqət və qayğısının əyani təzahürüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində uğurla reallaşdırılan köklü islahatların Azərbaycanı regionda lider dövlətə çevirdiyini vurğulayan Ş.İbadov son illərdə ölkəmizin qazandığı nailiyyətlərdə FHN-in və onun peşəkar şəxsi heyətinin də mühüm rol oynadığını bildirib.
Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mahir Əmrahov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri Vilayət Əliyev çıxışlarında dövlətimizin başçısının göstərdiyi etimadı doğruldaraq baş verə biləcək hər hansı fövqəladə hadisə barədə vətəndaşların vaxtında xəbərdar edilməsi, onun qarşısının alınması və nəticələrinin operativ surətdə aradan qaldırılması, ölkə əhalisinin təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi sahəsində FHN-in şəxsi heyətinin bundan sonra da səylə çalışacağını bildiriblər. Çıxışlarda, həmçinin FHN-in kollektivinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.
Sonda fövqəladə halların nəticələrinin aradan qaldırılmasında fərqlənmiş bir qrup əməkdaşa rayon icra hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Tədbirdə, həmçinin Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri Vilayət Əliyev 75 illik yubileyi münasibətilə rayon icra hakimiyyətinin və ictimaiyyətin adından fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyi_ischilerinin_pese_bayrami_Nerimanov_rayonunda_qeyd_edilib-911885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR